İran və ABŞ arasında nüvə proqramı ilə bağlı danışıqlar 6 fevral cümə günü Oman Sultanlığının paytaxtı Məskətdə keçiriləcək.

Bakues.az “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumat amerikalı jurnalist Barak Ravid tərəfindən X sosial şəbəkəsində paylaşılıb.

Vaşinqton İranın tələblərini qəbul edərək danışıqları Türkiyə yerinə Oman şəhərinə köçürüb. Region və digər müsəlman ölkələrinin iştirakı hələ müzakirə olunur.

Görüş İran və ABŞ arasında gərginliyi azaltmaq və nüvə proqramını idarə etmək baxımından önəmlidir.

Asim