İrana qarşı əməliyyat İsrail iqtisadiyyatına milyardlarla ziyan vurur.

Bakues.az tass-a istinadən xəbər verir ki, İrana qarşı hərbi əməliyyat nəticəsində İsrail iqtisadiyyatına həftədə 9 milyard şekeldən (təxminən 2,9 milyard dollar) çox ziyan dəyə bilər. Bu barədə Reuters agentliyi İsrail Maliyyə Nazirliyinə istinadən məlumat yayıb.

Məlumata görə, itkilər ölkədə münaqişə fonunda tətbiq olunan məhdudiyyətlərlə bağlıdır. Bir çox müəssisələr fəaliyyətini dayandırıb, məktəblər bağlanıb, ehtiyat qüvvələr isə səfərbər olunub.

Nazirlik məhdudiyyət səviyyəsinin “qırmızı”dan “narıncı”ya endirilməsini tövsiyə edib. Bu halda fəaliyyət qismən bərpa olunacaq və iqtisadi itkilərin təxminən yarıya qədər azalacağı gözlənilir.

 

Zəhra Məmmədzadə