İsrail hökuməti vətəndaşlar üçün viza müddətini sentyabrın 30-dək uzadıb.
Bakues.az “TASS”a istinadən xəbər verir ki, bu barədə İsrail Miqrasiya Xidməti açıqlama yayıb.
Açıqlamaya görə, İrana qarşı hərbi əməliyyatların başlandığı vaxt qanuni olaraq İsraildə olan xarici vətəndaşlar üçün viza avtomatik olaraq cari ilin 30 sentyabrına qədər uzadılıb. Bu uzadılma turist, iş, könüllü, tələbə, ruhani vizaları və bir sıra digər vizalara təsir edəcək.
Miqrasiya xidməti qeyd edib ki, bütün sənədlər avtomatik uzadılır, ona görə də Daxili İşlər Nazirliyinin idarələrinə getməyə ehtiyac yoxdur.