İsrail ordusu İrandan raket hücumunun qarşısının alındığını açıqlayıb.

Bakues.az Tass-a istinadən xəbər verir ki,bu barədə İsrail Müdafiə Qüvvələri (İMQ) Iran tərəfindən İsrail istiqamətində atılan raketləri aşkarladığını bildirib.

Ordunun mətbuat xidmətinin açıqlamasına görə, raketlər Israel ərazisinə doğru yönəlib və hava hücumundan müdafiə sistemləri dərhal işə salınıb.

Bildirilib ki, mövcud müdafiə sistemləri təhdidlərin qarşısını almaq üçün aktiv şəkildə fəaliyyət göstərir.

Hadisə ilə bağlı əlavə təfərrüatlar hələlik açıqlanmayıb.
Zəhra Məmmədzadə