İsraildən Qəzza xəstəxanasına hücum: Fələstinli jurnalist öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İsraildən Qəzza xəstəxanasına hücum: Fələstinli jurnalist öldübackend

İsrail hava qüvvələrinin Xan Yunusdakı Nasser Tibb Kompleksinə endirdiyi aviazərbədə daha əvvəl bombardman nəticəsində yaralandıqdan sonra müalicəsi davam edən tanınmış fələstinli jurnalist Həsən Əl-Əslih həlak olub.

Bakues.az “DHA”ya istinadən xəbər verir ki, Əl-Əslih aprelin 7-də İsrailin Xan Yunisdə köçkünlərə və jurnalistlərə sığındığı çadıra hücumu zamanı ağır yaralanmışdı.

O, aldığı xəsarətlərdən xəstəxananın yanıq şöbəsində keçinib.

Qeyd edək ki, müharibə başlayandan Qəzzada həlak olan jurnalistlərin sayı 215-ə çatıb.