İran tərəfindən İsrailə 400-dən çox ballistik raket atılıb.
Bakues.az xəbər verir ki, bu barədə İsrail Baş naziri Benyamin Netanyahunun ofisi məlumat yayıb.
Raket zərbələri nəticəsində ölkə ərazisində 40 müxtəlif nöqtədə partlayış qeydə alınıb.
Hücum nəticəsində 24 nəfər həyatını itirib, 800-dən çox şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.