Qəzzadakı Səhiyyə Nazirliyi bildirib ki, İsrailin son hücumlarında 21 nəfər ölüb, 38 nəfər yaralanıb.
Bakues.az “TRT Haber”ə istinadən xəbər verir ki, atəşkəs elan edildiyi 11 Oktyabrdan bəri zorakılıqlar nəticəsində 556 nəfər ölüb, 1 500-dən çox insan yaralanıb və dağıntılar altından 717 cansız bədən çıxarılıb.
İsrail ordusu atəşkəs rejimini pozaraq hücumlarını davam etdirir; Nazirlik isə hadisələri qətiyyətlə pisləyib və insan tələfatının artmasına dair narahatlıq ifadə edib.
Asim




