İsveç hökuməti əks-PUA sistemləri və “JAS 39 Gripen” döyüş təyyarələrinin avadanlığı üçün əlavə 524,5 milyon dollard əsait ayırmaq qərarına gəlib.

Bakues.az “TASS“a istinadən xəbər verir ki, bu barədə hökumət kansleri məlumat yayıb.

Məlumata görə, dronlara qarşı sərmayə 367,2 milyon dollar çox olacaq. Bu vəsait İsveç Silahlı Qüvvələrinin pilotsuz təyyarə təhlükəsinə qarşı mübarizə imkanlarını əhəmiyyətli dərəcədə gücləndirəcək və Silahlı Qüvvələrə tədarükləri təxminən 8 il sürətləndirməyə imkan verəcək.

İnvestisiya həmçinin pilotsuz təyyarələrə qarşı silahların və sensorların, xəbərdarlıq cihazlarının və aviabazanın qorunması üçün axtarış-xilasetmə İHA-larının alınmasına yönəldiləcək. Çatdırılma əvvəllər planlaşdırılan 2036-cı il əvəzinə 2028-ci ilə planlaşdırılır.

İsveç müdafiə naziri Pål Conson bildirib ki, hökumət hazırda əks-dron imkanlarının tətbiqini sürətləndirmək üçün addımlar atır. Onun sözlərinə görə, yeni əks-dron imkanlarına böyük ehtiyac var və hökumət bu sahədə icra müddətini səkkiz il azaltmağa çalışır.

Zəhra Məmmədzadə