İvanovo şəhər meri Aleksandr Şabotinski öz ərizəsi əsasında vəzifəsindən azad edilib.
Bakues.az “TASS”a istinadən xəbər verir ki, bu barədə qərar şəhər Dumasının iclasında qəbul olunub.
Şabotinski 2024-cü ilin iyulundan etibarən şəhərə rəhbərlik edirdi. O, mer təyin olunmadan əvvəl region hökumətində — hökumət sədrinin müavini kimi fəaliyyət göstərib.
Hazırda mer vəzifəsinin icrası müvəqqəti olaraq şəhər administrasiyasının struktur qaydalarına uyğun şəkildə həyata keçiriləcək.
Asim




