Amerika prezidenti Donald Trampın Venesuelaya hücum planları ABŞ-nin özü üçün fəlakətli səhv ola bilər.

Bakues.az “Responsible Statecraf”a istinadən xəbər verir ki, bunu Kaliforniyada yerləşən analitik mərkəzi olan “Randolph Bourne” İnstitutunun baş əməkdaşı, amerikalı politoloq Ted Qalen Karpenter deyib.

Onun fikrincə, Tramp administrasiyası Venesuelada narkotik və terrorla mübarizə məqsədi daşıyan hərbi missiyanı rejim dəyişikliyi üçün səlib yürüşünə çevirə bilər:

“Son həftələrdə ABŞ Karib hövzəsinə 4500 dəniz piyadası və Hərbi Dəniz Qüvvələrinin şəxsi heyətini, bir neçə esminesi, bir hücum sualtı qayığını və 10 ədəd F-35 tipli gizli döyüş təyyarəsini əhatə edən hərbi dəniz işçi qrupunu yerləşdirib. ABŞ-nin Venesuela sahillərində hərbi gücünü artırması təhdiddən daha çox görünür”.

O, həmçinin xatırladıb ki, Tramp siyasi uğurunun böyük hissəsini “Amerika birinci” siyasətinin təbliğinə borcludur. Lakin onun sözlərinə görə, Trampın bu siyasətinin əsas prinsiplərindən biri rejim dəyişikliyi və dövlət quruculuğuna yönəlmiş müharibələri pisləməsidir. Venesuelaya hərbi müdaxilə bu iki elementi özündə birləşdirməlidir.

Zəhra Məmmədzadə