Pakistanın Kəraçi şəhərində minlərlə insan İsrailin Qəzzada törətdiyi soyqırıma etiraz olaraq kütləvi yürüş keçirib.

Bakues.az xəbər verir ki, aksiya “Camaat-i İslami” (JI) partiyasının təşkilatçılığı ilə Şər-e-Feysal bölgəsində baş tutub.

Nümayişçilər İsrailin Qəzza xalqına qarşı hücumlarını pisləyən şüarlar səsləndiriblər.

Qeyd edək ki, 2023-cü il oktyabrın 7-dən bəri İsrailin hücumları nəticəsində azı 67 min fələstinli həlak olub, 169 mindən çox insan yaralanıb.