İsrail qüvvələri Livanın cənubunda yerləşən Səidə şəhərinin girişində avtomobilə silahlı hücum ediblər.
Bakues.az bu barədə Livanın “Al Mayadeen” telekanalına istinadən xəbər verir.
Kanalın məlumatına görə, hücum pilotsuz uçan aparat vasitəsilə həyata keçirilib.
Hücum nəticəsində bir nəfər ölüb.
Hadisə yeri yerli hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən mühasirəyə alınıb.
Günel