Anklavda atəşkəsə baxmayaraq, Qəzza zolağının cənubundakı bir neçə ərazi İsrail ordusu tərəfindən atəşə tutulub.

Bakues.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Qeyd edilib ki, hərbçilər Xan Yunisin şərqində və cənubunda yerləşən ərazilərə hava və artilleriya zərbələri endirib. Vertolyotlar və tanklar da Rəfahın şimal-şərqindəki ərazilərə hücum edib. Hücumların nəticələri ilə bağlı məlumatlar dəqiqləşdirilir.