Rusiya prezidenti Vladimir Putin Vladivostokda keçirilən Şərq İqtisadi Forumunun plenar iclasında Ukrayna ilə münaqişə və təhlükəsizlik təminatlarına toxunub.

Bakues.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Rusiya prezidenti Moskvanın Ukrayna ərazisində istənilən qüvvəni qanuni hədəf kimi nəzərdən keçirəcəyini açıqlayıb.

O, həmçinin bildirib ki, Moskva Rusiya və Ukrayna üçün hazırlanmalı olan təhlükəsizlik zəmanətlərinə hörmətlə yanaşacaq.

“İndiyə qədər heç kim Rusiya ilə ciddi səviyyədə təhlükəsizlik təminatlarını müzakirə etməyib. Xarici qoşunların Ukrayna ərazisinə yerləşdirilməsinə gəlincə, sabit sülh sazişi bağlandıqdan sonra buna ehtiyac qalmayacaq” – Rusiya lideri vurğulayıb.

Putin qeyd edib ki, Ukrayna tərəfi ilə təmaslara hazırdır, lakin bunda heç bir məna görmür. Çünki Ukrayna tərəfi ilə əsas məsələlərdə razılığa gəlmək praktiki olaraq mümkün olmayacaq.

Asim