Karib hövzəsində qayıqlara edilən hücumlara görə Amerika rəsmilərinə və ABŞ prezidenti Donald Trampa qarşı hüquqi prosedurlar aparılmalıdır.
Bakues.az “CNN”ə istinadən xəbər verir ki, bunu BMT Baş Assambleyasının 80-ci sessiyasının ümumi müzakirələrində çıxış edən Kolumbiya prezidenti Qustavo Petro deyib.
Qustavo Petro çıxışı zamanı ölənlərin narkotik satıcıları deyil, Latın Amerikasından olan adi yoxsul gənclərin olduğunu bildirib:
“Karib hövzəsində raketlərlə öldürülənlər Karib hövzəsinin sakinləri idi, bəlkə də kolumbiyalı idilər. Əgər onlar kolumbiyalı idilərsə, BMT-ni idarə edənlərə bütün hörmətlə yanaşaraq, Amerika rəsmilərinə qarşı cinayət işi açılmalıdır. Qayıqda olan gənclər, hətta qanunsuz yük daşısalar da, narkotik alverçisi deyildilər. Onlar Latın Amerikasından olan sadə və kasıb gənclər idi. Narkotik alverçiləri başqa yerlərdə yaşayırlar və bura Latın Amerikası deyil. Əsl narkotik alverçiləri Nyu-Yorkda, Mayamidə yaşayırlar”.
Asim




