Konqoda daşqınlar nəticəsində 110-dan çox insan ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Konqoda daşqınlar nəticəsində 110-dan çox insan ölübbackend

Konqonun şərqində yerləşən Cənubi Kivu əyalətində daşqınlar nəticəsində 110-dan çox insan həlak olub, ən azı 40 nəfər yaralanıb.

Bakues.az xəbər verir ki, bu barədə “7sur7” portalı məlumat yayıb.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, ən çox ziyanın dəydiyi Fizi bölgəsində 150-dən çox ev dağılıb, təxminən 850 nəfər evsiz qalıb.

Bölgə rəhbəri Semmi Kalonci bildirib ki, axtarış-xilasetmə işləri davam edir.

Cənubi Kivuda daşqın mayın 8-9-da güclü yağışlardan sonra başlayıb.