Rusiya ABŞ ilə Strateji Hücum Silahlarının Azaldılması Müqaviləsi (New START) üzrə yaranmış vəziyyətlə bağlı dialoqu davam etdirməyə hazırdır.
Bakues.az “TASS”a istinadən xəbər verir ki, bu barədə Kreml rəsmisi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Moskva hələ Vaşinqtondan rəsmi cavab almayıb və dialoqun davamı üçün ABŞ-dan konstruktiv mövqe gözləyir. Peskov qeyd edib ki, Prezident Vladimir Putin müqavilənin müddəti bitdikdən sonra da əsas məhdudiyyətlərə 1 il müddətinə əməl etməyə hazırdır, lakin bu yalnız ABŞ-ın təşəbbüsü dəstəkləyəcəyi halda mümkündür.
2010-cu ildə imzalanan və 1 550 nüvə başlığı limiti nəzərdə tutan New START müqaviləsinin müddəti 5 fevral 2026-cı ildə başa çatır. Moskva dialoqa açıq olduğunu vurğulayır, Rusiya XİN isə ABŞ-ın sonrakı addımlarına uyğun qərar veriləcəyini bildirib.
Asim




