Kuba ABŞ-ın milli təhlükəsizliyinə təhdid yaratmasa da, Vaşinqtonun hərəkətləri beynəlxalq hüquqa və BMT Nizamnaməsinə təhdid yaradır.
Bakues.az “TASS”a istinadən xəbər verir ki,bu barədə Kubanın BMT-dəki daimi nümayəndəsi Ernesto Soberon Quzman ABŞ müdafiə naziri Pit Heqsetin Kubanın ABŞ üçün təhdid yaratdığına dair iddialarını şərh edərkən bildirib.
Soberón Guzman bildirib ki, “Kuba ABŞ-ın milli təhlükəsizliyinə təhdid yaratmır. Lakin beynəlxalq hüquqa, beynəlxalq humanitar hüquqa və BMT Nizamnaməsinə qeyri-adi və fövqəladə təhlükə yaradan ABŞ hökumətidir”.
Kubanın daimi nümayəndəsinin sözlərinə görə, Vaşinqtonun bir sıra ölkələrə və dünya liderlərinə qarşı hərəkətləri və təhdidləri bunu nümayiş etdirir. O əlavə edib ki, “Venesuela, İran, Qrenlandiya, Kanada, Müqəddəs Papa, Fələstin, Meksika, Kuba və saysız-hesabsız digər ölkələrə qarşı təcavüzkarlıq və təhdidlər bunu nümayiş etdirir”.




