Kuban çimərliklərində mazutla çirklənmiş 155 min ton torpaq toplanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Kuban çimərliklərində mazutla çirklənmiş 155 min ton torpaq toplanıbbackend

 

Qara dənizdə tankerin qəzaya uğramasından sonra mütəxəssislər Krasnodar diyarının sahillərindən mazutla çirklənmiş 155 min ton torpaq toplayıblar.

Bakues.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Veniamin Kondratyev məlumat verib.

Bölgəni təmizləmək üçün 6 minə yaxın könüllü, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və xilasedicilər çıxıblar.