Küləyə görə bu yolda sürət həddi endirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Küləyə görə bu yolda sürət həddi endirilibbackend

Hazırda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar olaraq paytaxtın Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bakues.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Eyni zamanda DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları bütün məlumat-sürət tablolarında “güclü külək” işarəsi qoyub.

Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.