Litva Ukraynaya 33 milyon avro yardım ayırıb.
Bakues.az TASS-a istinadən xəbər verir ki, Litva hökuməti Ukraynada təhsil müəssisələri, uşaq evləri və mülki sığınacaqların dəstəklənməsi üçün 33 milyon avro maliyyə ayırıb. Qərar Nazirlər Kabinetinin iclasında qəbul edilib.
Hökumətin açıqlamasına görə, vəsait Ukraynanın Avropa təşəbbüslərinin, o cümlədən beynəlxalq mülki müdafiə sığınacaqları koalisiyasının, təhsil sisteminin modernləşdirilməsinin və uşaq baxçaları sistemində islahatların maliyyələşdirilməsinə yönəldiləcək.
Bundan əlavə, Ukraynadan Litvaya gələn məktəbli və tələbələrin təhsili üçün 23,3 milyon avro, ukraynalı qaçqınların sosial dəstəyi məqsədilə isə Sosial Müdafiə və Əmək Nazirliyinə 580 min avro ayrılıb. Birdəfəlik sosial müavinətlər üçün 231 min avro nəzərdə tutulub.
Zəhra Məmmədzadə




