Los-Ancelesdə yanğın nəticəsində dəyən ziyan açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Los-Ancelesdə yanğın nəticəsində dəyən ziyan açıqlanıbbackend

 

Los-Anceles bölgəsindəki meşə yanğınları 52-57 milyard dollar arasında ziyan vurub.

Bakues.az “ABC”yə istinadən xəbər verir ki, bu barədə “AccuWeather” şirkəti məlumat yayıb.

Məlumata görə, Kaliforniyada dörd böyük yanğın davam edir. Hələlik yanğın lokallaşdırılmayıb. ABŞ Federal Aviasiya Administrasiyası (FAA) yanğın zonaları üzərində uçuşlara qadağaları genişləndirib.

Məhdudiyyətlər hazırda “Hollywood Hills”, “Calabasas”, “Santa Monika Milli Parkı”, “Century City”, “Palisades”, “Malibu Beach” və “Getty Center”ə şamil edilir. Yanğının söndürülməsində iştirak edən təyyarələrin təhlükəsizliyini təmin etmək üçün 7 min fut (təxminən 2,1 min metr) yüksəkliyə uçuşlar qadağandır.

Həmçinin vəziyyəti çətinləşdirən güclü küləklər aviasiya əməliyyatlarını müvəqqəti dayandırıb və Palisades ərazisində yanğın hidrantlarını yararsız hala salıb.

Yanğınlar Los-Anceles dairəsinin tarixindəki ən dağıdıcı yanğınlardan biri adlandırılıb. Altadena ərazisindəkı digər yanğın isə 10 000 hektardan çox ərazini yandırıb və 13 000-ə yaxın binanın təhlükəsizliyini təhdid edir.