İttifaq Dövlətinin Ali Dövlət Şurasının (İDŞ) iclasında bütün sahələrdə inteqrasiyanın inkişafı üzrə yeni mərhələnin istiqamətləri müəyyən edilib.

Bakues.az tass-a istinadən xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko açıqlama verib.

Onun sözlərinə görə, iclas zamanı tərəflər inteqrasiya prosesinin növbəti mərhələsinə keçid üçün ümumi yanaşma razılaşdırıblar. “Biz bütün sahələrdə inteqrasiya inkişafının yeni mərhələsinə doğru istiqamət müəyyən etmişik”, – deyə Belarus lideri bildirib.

Lukaşenko qeyd edib ki, 2027–2029-cu illər üçün Birlik Dövlətinin yaradılması haqqında sazişin müddəalarının icrası ilə bağlı təlimatların hazırlanması tapşırılıb.

O vurğulayıb ki, Ali Dövlət Şurasının üzvləri, hər iki ölkənin hökumət və parlamentləri, eləcə də Birlik Dövlətinin Daimi Komitəsi qəbul olunmuş qərarların icrasına ciddi nəzarət etməli və bu prosesdə maksimum şəxsi iştirak nümayiş etdirməlidirlər.

Zəhra Məmmədzadə