Macarıstan Rusiya ilə təkcə oradan neft və qaz aldığına görə deyil, həm də beynəlxalq təhlükəsizlik sistemindəki əsas roluna görə əlaqələr saxlayır.

Bakues.az “TASS”a istinadən xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.

“Biz diplomatik kanallardan əl çəkib, enerji resurslarımızın əhəmiyyətli hissəsini bizə təmin edən, istəsək də, istəməsək də gələcəkdə həm Avropanın, həm də qlobal təhlükəsizlik sisteminin həlledici oyunçusuna çevriləcək bir ölkə ilə münasibətləri davam etdirməmək lüksünə malik deyilik”, – deyə o, Rusiyanın dünyanın ən böyük ölkəsi və nüvə dövləti olduğunu xatırladıb.

Həmçinin vurğulayıb ki, Macarıstan Rusiya ilə münasibətləri inkişaf etdirmək üçün nə Aİ-dən, nə Almaniyadan, nə də başqa dövlətdən icazə almağa borcludur. Almaniya kansleri Fridrix Merzin, Baş nazir Viktor Orbanın Aİ rəhbərliyinin razılığı olmadan noyabrın 28-də Moskvaya səfəri ilə bağlı tənqidini şərh edərkən, nazir bildirib.

O xatırladıb ki, nə Almaniya, nə də Aİ liderləri Macarıstan hökumətinə kiminlə və necə dövlətlərarası əlaqə saxlamalı olduğunu diktə edə bilməz.

Zəhra Məmmədzadə