Maduro üçüncü dəfə prezident oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Maduro üçüncü dəfə prezident oldubackend

 

Venesuelanın hazırkı prezidenti Nikolas Maduro üçüncü dəfə dövlət başçısı vəzifəsinin icrasına başlayıb.

Bakues.az xəbər verir ki, inaqurasiya mərasimi yanvarın 10-da Karakasdakı Federal Qanunvericilik Sarayında baş tutub.

Mərasimdə Rusiyanı Dövlət Dumasının sədri Vyaçeslav Volodin təmsil edib. Maduro 2031-ci ilə qədər Venesuela prezidenti vəzifəsini icra edəcək.

İnauqurasiya mərasimi ötən ilin iyulunda ölkədə keçirilən seçkilərdən beş ay sonra baş tutub. Rəsmi məlumatlara görə, Maduro 51,2% səslə qalib gəlib.