Fevralın 14-ü Sabunçu rayonu ərazisində yerləşən restoranların birindən 182 manat oğurlanması barədə polisə məlumat daxil olub.
Bakues.az xəbər verir ki, Sabunçu RPİ 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən yeniyetmə müəyyən olunaraq saxlanılıb.
Araşdırmalarla saxlanılan şəxs E.Həsənov adlı tanışı ilə birgə ayrı-ayrı vaxtlarda mağaza və restoranlardan 470 manat pul, mobil telefon, tütün məmulatı, alışqanlar və energetik içkilər oğurlaması da məlum olub. E.Həsənov da müəyyən edərək saxlanılıb.