Fransa Prezidenti Makron növbəti həftə keçiriləcək Avropa İttifaqı sammitində avronun güclü mövqeyini müzakirə etməyi planlaşdırır.
Bakues.az “Bloomberg”ə istinadən xəbər verir ki, məqsəd, avronun ABŞ dollarına qarşı artmasının Avropa iqtisadiyyatına yaratdığı təsirləri gündəmə gətirməkdir.
Makron hesab edir ki, güclü avro Avropa məhsullarını beynəlxalq bazarlarda baha edir və ixracatı zəiflədə bilər. O, həmçinin Aİ liderləri arasında vahid maliyyə və valyuta strategiyası üçün razılıq əldə etməyin vacibliyini vurğulayacaq.
Sammitdə Avropa Mərkəzi Bankının (ECB) gələcək pul siyasəti addımları da müzakirə olunacaq.
Asim




