“Avropa Rusiya ilə gələcək sülh danışıqlarında öz mövqeyini gücləndirmək üçün Ukraynaya aktiv hərbi və maliyyə yardımına üstünlük verməlidir”.
Bakues.az “Newsweek”ə istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron deyib.
Siyasətçinin sözlərinə görə, Avropa ölkələri dünya səhnəsindəki dəyişikliklərə hazırlaşmalıdır:
“Amerika rəhbərliyindəki dəyişiklik Avropanın strateji oyanışı üçün fürsət ola bilər və Avropa ölkələrinin ABŞ-dən asılılığını azalda bilər. Tramp Aralıq dənizindən Amerika hərbi gəmilərinin çıxarılmasına dair fərman imzalayarsa və Vaşinqtonun diqqəti Sakit okeana yönələrsə, qitə özünü müdafiə edə biləcək”.