“Malayziya Yaponiya ilə bir sıra iqtisadi və texnoloji inkişaf layihələrində əməkdaşlıq edəcək”.
Bakues.az “Yonhap”a istinadən xəbər verir ki, bunu Yaponiyanın baş naziri Şiqeru İşiba ilə birgə keçirilən mətbuat konfransında çıxış edən Malayziyanın baş naziri Ənvər İbrahim deyib.
O, bildirib ki, iki ölkə liderləri dövlətlərarası münasibətlərin səviyyəsini hərtərəfli strateji tərəfdaşlığa yüksəltmək yollarını, o cümlədən ticarət və investisiya məsələlərini müzakirə ediblər.
Şiqeru İşiba öz növbəsində Yaponiyanın Malayziya ilə təbii fəlakət risklərinin idarə edilməsi sahəsində əməkdaşlığı gücləndirməyə sadiq olduğunu vurğulayıb.