Şəmkir Rayon Mədəniyyət Mərkəzində keçirilən görüşdə nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərləri də iştirak ediblər. Qəbulda Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa və Qazax rayonlarından gələn vətəndaşlar müraciətlərini səsləndiriblər.
Sakinlərin müraciətləri əsasən məşğulluq, mədəniyyət müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, iş yerinin dəyişdirilməsi, əməyin qiymətləndirilməsi, həmçinin mədəniyyət sahəsinə dair müxtəlif təkliflərlə bağlı olub.
Nazir Adil Kərimli qaldırılan məsələlərin operativ şəkildə araşdırılaraq qanunvericiliyə uyğun həll ediləcəyini bildirib. Şəhid ailələri və qazilərin müraciətlərinə isə xüsusi həssaslıqla yanaşılması üçün məsul əməkdaşlara müvafiq tapşırıqlar verilib.









