Medvedçuk: “Zelenski müharibəni çox bahalı oyuncağa çevirib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Medvedçuk: “Zelenski müharibəni çox bahalı oyuncağa çevirib”backend

“Zelenski Rusiya ilə münaqişəni qlobal fəlakət kimi təhlükəli və Vaşinqton üçün faydasız olan çox bahalı oyuncağa çevirib”.

Bakues.az “TASS”a istinadən xəbər verir ki, bunu “Başqa Ukrayna” hərəkatının rəhbəri Viktor Medvedçuk deyib.

Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp Amerika iqtisadiyyatının Ukraynadakı hərbi əməliyyatların maliyyələşdirilməsinin sonsuz xərclərinə tab gətirə bilməyəcəyini başa düşür. Ona görə də gəlirsiz aktivdən qurtulmağa çalışır:

“ABŞ iqtisadiyyatı reallığın təzyiqi altındadır və Tramp ABŞ-nin ticarət kəsiri ilə mübarizə aparmaq niyyətindədir. Belə bir ticarət balansı olan ölkənin müharibəyə yüz milyardlarla vəsait ayırması sadəcə olaraq onu məhv edəcək. Ona görə də Trampın müharibəni ABŞ üçün sərfəli olan müqavilə ilə tez bitirmək istəyir”.

Siyasətçi qeyd edib ki, Zelenski öz strategiyasını Qərb yardımının heç vaxt bitməyəcəyinə dair yanlış inanc əsasında qurub.

“Zelenski ABŞ-nin maraqları baxımından Rusiya ilə müharibəni çox bahalı oyuncağa çevirdi. Bu, birincisi, qlobal fəlakət kimi təhlükəlidir. İkincisi, ölkə kimi ABŞ üçün tamamilə faydasızdır. Bu gün Vaşinqtonu ABŞ üçün loyallıq deyil, real resurslar maraqlandırır. Bu baxımdan Zelenski paltarsız imperatordur”, – deyə Medvedçuk vurğulayıb.

Cəmilə