Ermənistan Respublikasının qarşısına qoyulan məqsəd bütün sahələrdə Avropa İttifaqının müəyyən etdiyi standartlara nail olmaqdır.

Bakues.az “The Guardian”a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

“Ermənistan üçün Aİ üzvlüyünün nə dərəcədə mümkün olduğu sualı tez-tez gündəmə gətirilir. Bəs, hökumət və siyasi əksəriyyət nə deyir?” sualını cavablandıran Paşinyan bildirib ki, onun məqsədi bütün sahələrdə Aİ standartlarına nail olmaqdır.

Qeyd edək ki, martın 26-da Ermənistan Milli Assambleyası “Ermənistan Respublikasının Avropa İttifaqına üzvlük prosesinin başlanması haqqında” qanun layihəsini ikinci oxunuşda və tam həcmdə qəbul edib.

Asim