Merz: İrandakı siyasi vəziyyət Körfəz ölkələrinə səfərdə əsas müzakirə mövzularından olacaq.
Bakues.az TASS-a istinadən xəbər verir ki, Almaniya kansleri Fridrix Merz Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-yə səfəri zamanı İrandakı siyasi vəziyyətin əsas müzakirə mövzularından biri olacağını bildirib.
Merz səfər ərəfəsində jurnalistlərə açıqlamasında qeyd edib ki, İrandakı mövcud etirazlar, eləcə də Tehranın nüvə proqramı danışıqlarda mühüm yer tutacaq. Kanslerin sözlərinə görə, İran hərbi nüvə proqramını məhdudlaşdırmalı, İsrailə və ya Fars körfəzi ölkələrinə ballistik raketlər buraxmamalıdır.
O, həmçinin Almaniyanın AB3 (Almaniya, Böyük Britaniya, Fransa) formatında, eləcə də ABŞ, İsrail və region ölkələri ilə birlikdə Tehrana təzyiqi artırmağa hazır olduğunu vurğulayıb və İranın nüvə və silah proqramlarının dayandırılmasına yönəlmiş danışıqlara açıq olduqlarını bildirib.
Zəhra Məmmədzadə




