İqlim dəyişikliyi planetin su ehtiyatlarına təzyiqi artırır, dünya üzrə milyonlarla insanı təsir edən fəlakətlərə səbəb olur.

Bakues.az “BBC”yə istinadən xəbər verir ki, bu, BMT-nin Ümumdünya Meteorologiya Təşkilatının (WMO) dərc etdiyi hesabatda yer alıb.

Hesabata əsasən, ötən il rekord qıran məlumatların və dağıdıcı daşqınların olduğu 175 ilin ən isti ili olub. Bu anomaliya su dövriyyəsinə birbaşa təsir göstərir. İsti hava daha çox nəm saxlayır, daha intensiv yağıntılara və nəticədə dağıdıcı daşqınlara səbəb olur.

Bu il su fəlakətləri də xeyli ziyan vurub. Pakistanda, Cənubi Sudanda daşqınlar və Balidə ölümlə nəticələnən leysanlar qorxulu mənzərənin yalnız bir hissəsidir. Təəssüf ki, bu tendensiyanın sonu görünmür.

Hesabatda vurğulanıb ki, su dövranı qapalı qlobal sistemdir.

Qlobal iqlim dəyişikliyi fonunda Ümumdünya Meteorologiya Təşkilatı təcili tədbirlər görməyə çağırır. Bura təkmilləşdirilmiş monitorinq, qrunt sularının keyfiyyət məlumatlarının paylaşılması, həmçinin beynəlxalq əməkdaşlıq və erkən xəbərdarlıq sistemlərinə təcili investisiya daxildir.

Asim