Mingəçevirdə 13 yaşlı piyadanı maşın vurub.
Bakues.az xəbər verir ki, hadisə “Energetiklər” yaşayış massivi ərazisində baş verib.
İkram Yusifov idarə etdiyi “VAZ -21015” markalı avtomobillə 2012-ci il təvəllüdlü piyada Yusif Rüstəmovu vurub.
Müxtəlif bədən xəsarətləri alan yeniyetmə piyada hadisəni törədən sürücü tərəfindən təcili xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.




