Belarus və ABŞ prezidentləri Aleksandr Lukaşenko və Donald Tramp aktiv dialoqlarını davam etdirirlər.

Bakues.az “Belta”ya istinadən xəbər verir ki,bu barədə Belarus Dövlət Təhlükəsizlik Komitəsinin sədri İvan Tertel bildirib.

Onun sözlərinə görə, ABŞ və Belarus prezidentləri arasında aktiv dialoq davam edir və Amerika tərəfinin yeni təklifləri artıq dövlət başçısına təqdim olunub.

Tertel qeyd edib ki, bu təkliflər Belarusun mövqeyi nəzərə alınmaqla, xüsusilə Ukrayna ilə bağlı mübahisələrin sülh yolu ilə həllinə yönəlib. Danışıqlarda qlobal və regional məsələlərlə yanaşı, ikitərəfli münasibətlər də müzakirə olunur.

O, ABŞ ilə dialoqun müsbət nəticə verəcəyinə əmin olduğunu və yaxın zamanda “yaxşı xəbərlərin” gözlənildiyini vurğulayıb.

Zəhra Məmmədzadə