Minsk Ukrayna münaqişəsinin həlli üçün platforma təklif edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Minsk Ukrayna münaqişəsinin həlli üçün platforma təklif edibbackend

Belarus Rusiya-Ukrayna münaqişəsinə son qoymaq üçün danışıqlar platforması təklif edib.

Bakues.az xəbər verir ki, Belarusun xarici işlər naziri Maksim Rıjenkov bunu “Rossiya-24” telekanalına müsahibəsində deyib.

“Belarus həmişə Ukraynadakı münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olub. Biz bu münaqişəyə son qoyulması yollarını tapmaq üçün platformamızı təklif etmişik”, – deyə nazir bildirib.

Onun sözlərinə görə, çoxsaylı və uzunmüddətli əlaqələri olan Ukrayna ilə Rusiya arasında münaqişənin həlli zamanı Belarus ərazisi əlverişli meydança ola bilər.