Misir Qəzzaya 7 200 ton yardım göndərib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Misir Qəzzaya 7 200 ton yardım göndəribbackend

Misirdən 7 200 ton ərzaq və humanitar yardım daşıyan 460-dan çox yük maşını Qəzzaya yola düşüb.

Bakues.az “Haber Global”a istinadən xəbər verir ki, bu barədə Misir hökumətinin mətbuat ofisindən açıqlama verilib.

Açıqlamaya görə, Ramazan ayının gəlişi ilə Qəzza zolağına çatdırılan bu yardım
Misirin müxtəlif əyalətlərindən toplanan ən böyük yardım karvanlarından biridir.

Yardıma yorğan, adyal, xalça, həmçinin şəxsi gigiyena məhsulları daxildir.

Günel Qurbanova