“Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) Haaqada keçiriləcək sammitində Avropadakı Amerika qoşunlarının sayının mümkün azaldılması mövzusu üstünlük təşkil etməyəcək”.
Bakues.az “Euronews”a istinadən xəbər verir ki, bunu Şimali Atlantika Alyansının yüksək rütbəli nümayəndəsi deyib.
Alyans nümayəndəsi bildirib ki, iyunun 24-25-də Haaqada keçiriləcək sammitdə NATO yeni əsas müqavilələrini elan edəcək. Sammitdə müttəfiqlər tərəfindən birgə satınalmalar, bir neçə milyard dollar dəyərində müdafiə müqavilələrinin imzalanması ilə bağlı yeni elanlar təqdim olunacaq.