NATO kosmosun tədqiqi üzrə fəaliyyət planının hazırlanması üçün 728 milyon dollar ayıracaq.

Bakues.az “BBC”yə istinadən xəbər verir ki, bu barədə NATO Müttəfiq Kosmik Komandanlığının komandanı polkovnik Conatan Uitaker açıqlama verib.

Onun sözlərinə görə, vəsaitlər Alyansın Kosmik Əməliyyatlar Mərkəzinin imkanlarının inkişafına yönəldiləcək.

Kosmosda mövcud vəziyyət, kəşfiyyat, kosmik müşahidə və kəşfiyyat fəaliyyəti ilə bağlı məlumatların xüsusi arxivi yaradılacaq.

Proqram üçün məlumatlar NATO-ya üzv 19 dövlətin peykləri vasitəsilə təmin ediləcək.

Proqramın 2026-cı il yanvarın 1-də fəaliyyətə başlaması gözlənilir.

Asim