“Neftçi”nin U-12 komandası Özbəkistanda keçiriləcək futbol üzrə beynəlxalq turnirə dəvət alıb.

Bunu Bakues.az-a Bakı klubunun aşağı yaş qrupları üzrə koordinatoru İslam Kərimov deyib.

Komanda Qubada keçirilmiş II “Ulduz Cup” yarışının qalibi olduqdan sonra Özbəkistana dəvət edilib.

Beynəlxalq turnir oktaybrda Daşkənddə təşkil olunacaq.