İsrail ordusunun Hizbullaha qarşı hərbi əməliyyatları davam etdirdiyini açıqlayıb.
Bakues.az Tass-a istinadən xəbər verir ki,bu barədə Binyamin Netanyahu bildirib.
Onun sözlərinə görə, döyüşlər əsasən Bint Cbeyl istiqamətində cəmləşib və İsrail qüvvələri bu ərazini ələ keçirməyə yaxındır. Netanyahu bildirib ki, məqsəd Hizbullahın cənubdakı əsas dayaq nöqtələrindən birini məhv etməkdir.
Baş nazir qeyd edib ki, İsrail Livanda “güc vasitəsilə sülh” strategiyasını həyata keçirir. Bu çərçivədə orduya cənubda təhlükəsizlik zonasını genişləndirmək və onu daha şərqə doğru yaymaq tapşırılıb.
Netanyahu əlavə edib ki, eyni zamanda Livanla birbaşa danışıqlar aparılır. Onun sözlərinə görə, bu danışıqların əsas məqsədi Hizbullahın tərksilah edilməsi və uzunmüddətli sülhün təmin olunmasıdır.
Qeyd edək ki, tərəflər arasında gərginlik martın əvvəlindən kəskinləşib və İsrail bu əməliyyatları öz təhlükəsizliyini təmin etmək üçün “irəli müdafiə” tədbirləri kimi qiymətləndirir.
Zəhra Məmmədzadə




