İsrailin Baş nazirinin ofisi Misir Xarici İşlər Nazirliyinin Qəzza zolağından insanların çıxarılmasını rəsmi Qahirə üçün “qırmızı xətt” adlandıran bəyanatını tənqid edib.

Bu barədə Bakues.az İsrailin 12-ci kanalına istinadən xəbər verir.

“Misir Xarici İşlər Nazirliyi müharibə zonasını öz iradəsinə zidd olaraq tərk etmək istəyən Qəzza sakinlərini həbs etməyə üstünlük verir”, – ofis vurğulayır.

Bu gün səhər saatlarında Misir Xarici İşlər Nazirliyi köçürülmənin “Fələstin məsələsinin sonu” olduğuna dair bəyanat yayıb.

“İnsanların öz vətənlərindən qovulmasına heç bir hüquqi, mənəvi və əxlaqi əsas yoxdur”, – sənəddə deyilir.