Hollandiyada sığınacaq kompensasiyaları 2025-ci ildə rekord həddə çatıb.

Bakues.az De Dagelijkse Standard qəzetinə istinadən xəbər verir ki, Hollandiyada sığınacaq qərarlarını gözləyən miqrantlara ödənilən cəza kompensasiyası 2025-ci ildə 79 milyon avroya çatıb.

Azadlıq və Demokratiya Uğrunda Xalq Partiyasından olan parlament üzvü Kvini Rajkovski ödənişlərin ləğv olunmasını təşəbbüs edib və bunun “çox baha başa gəldiyini, miqrasiya orqanlarının resurslarını tükəndirdiyini və heç bir təsir vermədiyini” bildirib. O vurğulayıb ki, vəziyyəti yaxşılaşdırmaq üçün qanunvericilikdə müvafiq dəyişikliklər tezliklə edilməlidir.

Qəzet qeyd edir ki, kompensasiya ödənişləri əsasən dövlətin ərizələrin baxılması üçün qanunla müəyyən edilmiş son tarixləri pozması nəticəsində həyata keçirilir. 2024-cü ildə bu məqsədlər üçün 36,8 milyon avro ayrılmışdı. Ödənişlərin artması, qaçqınların qəbul sistemi üzərində davam edən həddindən artıq yük və dövlət qurumlarında kadr çatışmazlığı ilə əlaqədardır.

Mərkəzi Statistika Bürosunun məlumatına görə, 2025-ci ildə Niderlanda təxminən 307.000 immiqrant daxil olub, onlardan 24.000-dən çoxu sığınacaq üçün müraciət edib. Ötən ilin sonunda isə ölkədə təxminən 70.000 sığınacaq axtaran hakimiyyət orqanlarının qərarını gözləyirdi.

Zəhra Məmmədzadə