Norveçdə NATO-nun “Swift Response” təlimləri başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Norveçdə NATO-nun “Swift Response” təlimləri başlayıbbackend

Norveçdə ABŞ-nin komandanlığı altında NATO-nun “Swift Response” təlimləri başlayıb.

Bakues.az xəbər verir ki, bu barədə Norveç yayım korporasiyası NRK məlumat yayıb.

Norveçlə yanaşı İsveç, Finlandiya, Latviya və Litvada keçiriləcək təlimlər çərçivəsində beş hava-desant əməliyyatı həyata keçiriləcək.

Təlimlərdə 4,1 min amerikalı hərbçi və NATO-nun 14 ölkəsindən 1,9 min hərbçi iştirak edir.

ABŞ tərəfindən təlimlərdə ölkənin kontinental hissəsindən köçürülmüş 82-ci hava-desant diviziyasının 3-cü briqadasının bölmələri iştirak edir.

Manevrin məqsədi alyans qüvvələrinin hazırlığını, Şimali Avropa və Baltik bölgələrində sürətli yerləşdirmə qabiliyyətini gücləndirməkdir.