Bakues.az xəbər verir ki, qeydiyyata alınan mülkiyyət hüququnun 57 min 614-ü (19.2 %) ilkin, 242 min 459-u (80.8 %) isə təkrar qeydiyyatın payına düşür.
Bu dövrdə fərdi yaşayış və bağ evi üzərində – 58 min 587, mənzil – 78 min 92, torpaq sahəsi – 152 min 521, qeyri-yaşayış binası – 2 min 592, qeyri-yaşayış sahəsi – 7 min 564, əmlak kompleksi – 616, çoxmərtəbəli yaşayış binası – 98 və çoxillik əkmələr üzərində – 3 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 84 min 431-i Bakı şəhərinin, qalan hissəsi isə bölgələrin payına düşür.
Yanvar-oktyabr ayları ərzində 214 min 701 texniki pasport tərtib edilib, 51 min 753 ipoteka müqaviləsi qeydiyyata alınıb.





