Macarıstanın parçalanma riski olan Aİ ilə daha da uyğunlaşmaq istəmədiyi üçün avronu qəbul etmək planları yoxdur.
Bakues.az “Belta”ya istinadən xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban deyib.
Macarıstanın baş naziri ölkənin avro zonasına daxil olmaq perspektivləri ilə bağlı sualı cavablandırarkən “Bu məsələ mənim gündəmdə mütləq olmayacaq” sözlərini söyləyib.
O, Aİ-nin hazırda sarsıdıldığı bildirib:
“Radikal dəyişikliklər baş vermədikcə, Avropa Birliyi həyatımızda sadəcə olaraq müvəqqəti bir uçurum olaraq qalacaq”.
Asim




