Ötən gün 64 cinayətin üstü açılıb – DİN

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ötən gün 64 cinayətin üstü açılıb – DİNbackend

Yanvarın 9-da ölkə ərazisində qeydə alınan 62, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Bakues.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 57, o cümlədən borclu şəxs qismində axtarışda olan 48 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Cinayət törətməkdə şübhəli bilinən 70 nəfər saxlanılıb.