Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasında çıxış edəcək.

Bakues.az “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə AŞPA-nın rəsmi saytında məlumat paylaşılıb.

Qeyd olunub ki, payız sessiyasının gündəliyinə Qəzza zolağında çalışan jurnalistlərin həyatının qorunması, eləcə də Rusiya tərəfindən əsir götürülən ukraynalı jurnalistlərin azad edilməsi üçün təcili tədbirlərin görülməsi zərurətindən bəhs ediləcək.

AŞPA-da Nikol Paşinyanla yanaşı, Malta prezidenti Miriam Spiteri Debono və Malta baş nazirinin müavini, xarici işlər və turizm naziri, Nazirlər Komitəsinin sədri Yan Borge də çıxış edəcəklər.Payız sessiyasında həmçinin Qazaxıstan Senatının sədri Maulen Aşimbayevin çıxışı ilə AŞPA-nın Qazaxıstana dəstəyi və ölkədə demokratik islahatlara dair müzakirələr aparılacaq.

Gündəlikdə həmçinin Avropa Şurasının baş katibi Alain Berset və parlamentarilərlə sual-cavab sessiyası da var. Sessiyanın gündəliyinə növbəti 5 il üçün AŞPA baş katibinin seçilməsi də daxildir.

AŞPA-nın payız sessiyası sentyabrın 29-dan oktyabrın 3-dək keçiriləcək.

Asim