“Silahlı Qüvvələrimiz Hindistanın Pakistana qarşı istənilən təcavüz və təxribatına sarsıdıcı cavab verəcək”.
Bakues.az xəbər verir ki, bunu Pakistan Prezidenti Asif Əli Zərdari deyib.
“Pakistan xalqı və cəsur Silahlı Qüvvələri hər zaman istənilən təcavüzün qarşısını almağa hazırdır və öz milli təhlükəsizliyinə və suverenliyinə qarşı istənilən hücumuna sarsıdıcı cavab verəcək”, – dövlət başçısı bildirib.
Asif Əli Zərdari vurğulayıb ki, Hindistanın Pakistana qarşı son aşkar təcavüz cəhdləri Pakistan xalqı və ordusunu daha da sıx birləşdirib.